Sifariş verdiyiniz və ödəməsini etdiyiniz məhsullar 24 saat ərzində əməkdaşlarımız tərəfindən ünvanınıza çatdırılır. (Qapıda ödəniş seçimi də mövcuddur). Çatdırma tərəfimizdən pulsuz həyata keçirilir. Müştəri sifarişdən imtina barədə mütləq əvvəldən xəbər verməlidir.

Dəyişikliklər mütləq orijinal qutu və ya qablaşdırma ilə birlikdə aparılmalıdır.

İstehlakçı məhsulun təslim edilməsindən etibarən 14 gün ərzində məhsulu dəyişmək hüququna malikdir.

Orijinal qutusu/qablaşması pozulmuş təkrar satılmaq qabiliyətini itirmiş, bir başqa müştəri tərəfindən alınması mümkün olmayan və müştəri tərəfindən zədə görmüş məhsulların dəyişikliyi qəbul edilmir.

Gentleman mağazası tərəfindən məhsula dəyişiklik etmək üçün, məhsul qablaşdırmanın və qutu görünüşünün zərər görməmiş olması, məhsulun yeni olaraq təkrar satılabilən bir vəziyyətdə olması və müştəri tərəfindən zədə görmüş olmaması şərtdir. Dəyişiklik etmək istədiyiniz məhsul ilə birlikdə orijinal fakturanı da təslim etməyiniz vacibdir.

Bu sənədlər və məhsul / məhsullar tərəfimizdən təhvil alındığı zaman, lazımi nəzarətlər aparılıb həmin gün, ya da ertəsi gün məbləğ tərəfinizə ödənəcəkdir. (Yeni bir məhsulla əvəz edilməsi halında isə 24 saat müddətində məhsul yenidən ünvana çatdırılır)

Müştəri məhsulu təhvil alarkən mütləq ödəniş barədə fakturanı tələb etməlidir. Eyni zamanda Gentleman mağazası əməkdaşları da fakturanı çatdırma zamanı təqdim etməlidir.