“GENTLEMAN” geyim dükanı ölkəmizdə fəaliyyət göstərən, öz məşhur brend məhsulları ilə tanınan ilk geyim dükanlarından biridir. 1996-cı ilin Dekabr ayın 1-dən hal hazırki tarixə kimi fəaliyyət göstərməkdədir və inkişafa doğru irəliləməkdədir. Şirkətin əsas məqsədi ondan ibarətdir ki, müştərilərin hər bir şəraitdə eleqant və dəbli görunməyinə imkan yaratsın. Bununla da Avropanın bir çox tanınmış Brend məhsullarını öz müştərilərinə təqdim edən “GENTLEMAN” onların bu imkandan istifadə etməsinə nail olub. Gündən-günə müasirləşən və daimi inkişafda olan Azərbaycanda “GENTLEMAN” ön sıralarda olub. Bu ənənəni davam etdirərək birinciliyini qoruyur və inkişaf etdirir.

Mağazada əsasən İtaliya və Almaniya istehsalı olan brendlərə rast gələ bilərsiniz: “Harry&Sons”, ”Hoffner”, “Manuella Conti”, “Srefano Capaldi”, “Marilungo”, “Barocco”, “Battibaleno”, “OTTOBERG”, “BALMAIN”, “FRADI”, “Pierre Cardin”, “FABI”, “Aldo Brue”, “GIO Ferrari”, “AZZARO”, “Luise Feraud”, “VERRI”, “Diana Collection”, “Malagrida”, “Ficanto”, “Filograna” kimi tanınmış markaların kostyumlarını, köynəklərini, qalstuklarını, ayaqqabılarını və qadın geyimlərini və müxtəlif çeşidli mallarının geniş nümayiş etdirən “GENTLEMAN” daim müştərilərinin xidmətindədir.

Mağazada olan bütün mallar 100% yun, pambıq, kəşmir, dəri və onların qarışığı olan tərkibdən ibarətdir.