Bu Gizlilik şərtləri "Gentleman" mağazası tərəfindən, fərdi məlumatlarınız daxil olmaqla, haqqınızda toplanan məlumatlar üçün etibarlıdır.

Ziyarətçilər tərəfindən sayt qeydiyyatı zamanı təqdim edilən şəxsi məlumatlar (ad, elektron poçt ünvanı, iş və ya ev ünvanı, telefon nömrəsi və s.) üçüncü şəxslərə satılmır, kirayələnmir və ya heç vaxt başqa məqsədlər üçün istifadə edilmir.

Bu məlumatlar aşağıdakı məqsədlər üçün istifadə oluna bilər:

  • Sizə kampaniyalarımız və yeni məhsullarımız haqqında məlumatı e-poçt və ya sms vasitəsilə göndərmək,
  • Sizə elektron poçt ilə satış sözləşməsini göndərmək, 
  • Aldığınız malları və ya hədiyyələrinizi təslim etmək,
  • Malların təslim olunması haqqında zənglə məlumat almaq.

Şəxsi məlumatlarınız yalnız "Gentleman" mağazasının səlahiyyətli personalına və məlumatları gizli tutmağı qəbul etmiş olan nümayəndələrimizə çata bilər. "Gentleman" mağazası bu məlumatları yalnız web saytını yaxşılaşdırmaq və ümumi olaraq istehlakçıları haqqında daha çox məlumat sahibi olmaq, bununla da daha üstün keyfiyyətdə xidmət göstərmək məqsədi ilə istifadə etməkdədir. Bu məlumatlar üçüncü şəxslərə heç vaxt açıqlanmır.